Dünya

Saxlanılan Köçəryanın vəziyyəti pisləşdi - Xəstəxanaya yerləşdirildi

25 Aug 2026, 14:00 1 baxış Admin
Saxlanılan Köçəryanın vəziyyəti pisləşdi - Xəstəxanaya yerləşdirildi

Səhər saatlarında saxlanılan Ermənistanın sabiq prezidenti Robert Köçəryanın səhhəti pisləşib.

News24.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat verilib.

Bildirilib ki, Köçəryanın arterial təzyiqi yüksəlib.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Ermənistanın sabiq dövlət başçısı əlavə tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya yerləşdirilib.

Öz növbəsində Ermənistanın ikinci prezidentinin ofisinin rəhbəri Baqrat Mikoyan bildirib ki, Robert Köçəryan yaxın vaxtlarda tibbi müayinə keçib. Bu barədə ictimaiyyətə məlumat verilməyib. Həkim də bu səbəbdən əlavə müayinənin aparılmasını zəruri hesab edib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər