Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu
22 Aug 2026, 21:51
9 baxış
Admin
Yaponiyada 5,9 maqnitudalı zəlzələ baş verib.
"Bakupost" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, yeraltı təkanlar avqustun 23-ü yerli vaxtla saat 02:00-da İbaraki prefekturasında qeydə alınıb.
Zəlzələnin ocağı təxminən 70 kilometr dərinlikdə yerləşib. Təkanların maksimal intensivliyi yaşayış məntəqələrindəki silkələnmə gücünü nəzərə alan Yaponiyanın yeddiballıq şkalası üzrə 5 bala çatıb.
Zəlzələ ilə bağlı yeraltı təkanlar barədə təcili xəbərdarlıq edilib. Sunami təhlükəsi elan olunmayıb.
Mənbə:
bakupost.az