Dünya

Sərxoş halda sükan arxasına keçdi, avtomobili müsadirə edildi

25 Aug 2026, 16:04 1 baxış Admin
Sərxoş halda sükan arxasına keçdi, avtomobili müsadirə edildi

2010-cu ildə “Rusiya gözəli” titulunu Veronika Dremlyuqanın "Porsche Cayenne" markalı avtomobili əlindən alınıb.

News24.az xəbər verir ki, buna səbəb hazırda Veronikanın avtomobili təkrarən sərxoş vəziyyətdə idarə etməsi olub.

Onun nəqliyyat vasitəsi dövlət nəfinə müsadirə edilib.

Məlumata görə, Dremlyuqa ilk məhkəmə iclasına sərxoş vəziyyətdə gəlib.

Moskva vilayətinin prokurorluğu ona sərt cəza verilməsində təkid edib.

Məhkəmə 350 saat məcburi ictimai işlər təyin edib və onu 2,5 il müddətinə sürücülük hüququndan məhrum edib.

Ağ "Porsche Cayenne" isə dövlətin xeyrinə müsadirə olunub.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər