Cəmiyyət

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirildi

25 Aug 2026, 15:19 1 baxış Admin
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirildi

Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və "Azərenerji" ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və "Elektrik Enerjisi Sisteminin Operatoru" şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib.

Bu barədə News24.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin enerji infrastrukturlarının dövlət sərhədində əlaqələndirilməsinin mümkün variantlarını müzakirə ediblər.


Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər