"Litrini 15 qəpiyə alırlar" - Fermerdən etiraz - VİDEO
24 Aug 2026, 12:49
2 baxış
Admin
Azərbaycanda fermer ondan alınan südün qiymətinə etiraz edib.
News24.az xəbər verir ki, o, südün bir litrinin ondan 15 qəpiyə alındığını iddia edib.
"15 qəpiyə alınan südə maya əlavə edib 5 manata satırlar. Belə olmaz axı. Mən qapı-qapı süd satmalıyam? Dünyanın harasında 15 qəpiyə süd var?" - deyə fermer bildirib.
O, çəkilən xərci qarşılaya bilmək üçün südün litrinin azı 1 manata satılmasını təklif edib. /Unikal.az/
Mənbə:
news24.az