Bakıya “yağış yağan” avtobuslar gətirildi
24 Aug 2026, 13:18
2 baxış
Admin
7A nömrəli marşrut avtobusunda sərnişinin başına tavandan su tökülüb.
"Bakupost" xəbər verir ki, bununla bağlı sərnişin sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, Əhmədlidən Bakı Dəmiryol Vağzalına gedərkən avtobusda pəncərə kənarında əyləşib. Bir saat yarımlıq yolda islanmamaq üçün üstünə paket örtüb.
Lent.az-ın sorğusuna “Bakubus”dan bildirildi ki, 7A nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin soyutma sisteminin drenaj xəttində texniki nasazlıq yaranıb:
“Sürücü nasazlıq barədə məlumat aldıqdan sonra avtobusun dövriyyəsini tamamlayaraq sərnişinləri son dayanacağa çatdırıb və nəqliyyat vasitəsini texniki baxış və təmir üçün depoya təhvil verib.
Hazırda nasazlığın aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır. Sərnişindaşıma xidmətində fasilənin yaranmaması üçün nasaz avtobus operativ şəkildə digər nəqliyyat vasitəsi ilə əvəz olunub”.
Mənbə:
bakupost.az