Ötən il təyin olunmuşdu, bir il sonra işdən çıxarıldı -
22 Aug 2026, 19:46
22 baxış
Admin
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Oqtay Əmənullayev vəzifəsindən azad olunub.
"Bakupost" İqtisadiyyat.az-a istinadla xəbər verir ki, o, artıq kollektivlə sağollaşıb və buradakı fəaliyyətini yekunlaşdırıb.
Qeyd edək ki, O.Əmənullayev ötən ilin avqustundan bu vəzifədə çalışırdı. O, 2020-2025-ci illərdə isə Astara RMX-nin direktoru vəzifəsində işləyib.
Mənbə:
bakupost.az