Xalq artistini vuran sürücünün kimliyi məlum oldu
22 Aug 2026, 15:41
21 baxış
Admin
Xalq artisti Şükufə Yusupovanı vuran sürücünün kimliyi məlum olub.
"Bakupost" Oxu.Az-a istinadla xəbər verir ki, hadisə ötən gün saat 18:00-da Həsən Seyidbəyli küçəsində baş verib.
Həsən Qorxmaz oğlu Hüseynli idarə etdiyi "Nissan Note" markalı 77-UD-238 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Xalq artisti Ş.Yusupovanı vurub.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Mənbə:
bakupost.az