İqtisadiyyat

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərildi

22 Aug 2026, 12:38 6 baxış Admin
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərildi

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

News24.az xəbər verir ki, 9 vaqondan ibarət, çəkisi 630 ton olan buğda və 1 vaqondan ibarət, çəkisi 36 ton olan propan Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 49 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər