Bakıda xəstəxanadan biabırçı görüntülər: Uşaqlar üçün təhlükə
20 Aug 2026, 13:50
25 baxış
Admin
6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar vəziyyətin müşahidə edilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
“Bakupost” xəbər verir ki, jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında 6 saylı Uşaq Kliniki Xəstəxanasındakı baxımsızlıq və natəmizlikdən narazılığını bildirib.
O, xəstəxananın sanitar qovşağının bərbad vəziyyətdə olduğunu vurğulayaraq, buranın səhiyyə ocağından çox antisanitariya mənbəyini xatırlatdığını qeyd edib:
"Görüntülərə görə bağışlayın, paylaşmaya bilməzdim, bunu kimsə deməlidir. Bura 6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağıdır. Bilmədim məkan səhiyyə ocağı, tibb mərkəzidir, yoxsa antisanitariya qaynağı? Tibb mərkəzinin, TƏBİB-in rəhbərliyi uşağını belə bir yerə müayinəyə, müalicəyə gətirər? Burda sağlam uşaq sağalmaz xəstəliyə yoluxar." Ramila Qurbanlı təkcə sanitar qovşaqların deyil, xəstəxananın otaqlarının və dəhlizlərinin də oxşar bərbad vəziyyətdə olduğunu bildirib.
Mənbə:
bakupost.az