25 minə yaxın şəxsin pensiyası ilə bağlı qərar verildi
20 Aug 2026, 11:13
20 baxış
Admin
2026-cı ilin yanvar–iyul ayları ərzində 24,6 min nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
Bu barədə "Bakupost"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onların 56,8%-ni kişilər, 43,2%-ni isə qadınlar təşkil edib.
Mənbə:
bakupost.az