İqtisadiyyat

Ermənistan Azərbaycanla ticarəti bərpa etməyi planlaşdırır

19 Aug 2026, 22:01 31 baxış Admin
Ermənistan Azərbaycanla ticarəti bərpa etməyi  planlaşdırır

Ermənistan sülhün institutsionallaşdırılması çərçivəsində növbəti beş il ərzində Azərbaycanla ticarət əlaqələri qurmağı nəzərdə tutur.

News24.az xəbər verir ki, bu barədə 2026–2031-ci illər üzrə hökumət proqramının layihəsində qeyd olunub.

Sənəddə bildirilir ki, Ermənistan ilə Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması yönündə sazişin imzalanması və ratifikasiyası, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, həmçinin vətəndaş cəmiyyətləri və biznes dairələri arasında təmasların, eləcə də ikitərəfli ticarətin intensivləşdirilməsi istiqamətində işlər davam etdiriləcək.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər