NATO bu ölkələrə hücuma keçə bilər
19 Aug 2026, 20:39
9 baxış
Admin
NATO İrandan Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endiriləcəyi təqdirdə üzv ölkələrinə yönələn təhdidlərə cavab verməyə hazırdır.
News24.az xəbər verir ki, bu barədə NATO-nun nümayəndəsi CNN-ə bildirib.
"NATO istənilən təhdidə qarşı durmağa hazırdır və müttəfiqləri qorumaq üçün bütün zəruri tədbirləri görəcək", - o qeyd edib.
Bu açıqlamalar "Financial Times" qəzetinin İrana yaxın mənbələrə istinadən Tehranın Vaşinqtonun müharibəni genişləndirməsi halında Avropadakı ABŞ hərbi obyektlərinə hücum ehtimalını nəzərdən keçirdiyini bildirməsindən sonra səsləndirilib.
Mənbə:
news24.az