Bakının bu küçələrində hərəkət məhdudlaşdırılacaq
17 Aug 2026, 19:27
19 baxış
Admin
Aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhərinin iki küçəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Bu barədə "Bakupost"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Belə ki, avqustun 18-dən etibarən Yasamal rayonunun Zahid Xəlilov küçəsi — Akim Abbasov küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək saat 08:00-dan, Nərimanov rayonunun Ceyhun Hacıbəyli küçəsi — Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək saat 20:00-dan müvəqqəti bağlanacaq.
Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.
Mənbə:
bakupost.az