Şəkidə qəza: bir ailənin 4 üzvü yaralandı – FOTO
24 Sep 2026, 00:10
2 baxış
Admin
Şəkidə iki avtomobilin toqquşması nəticəsində bir ailənin dörd üzvü xəsarət alıb.
News24.az xəbər verir ki, hadisə axşam saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində qeydə alınıb. “Toyota” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində avtomobillərdən birində olan bir ailənin dörd üzvü xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar. Onların xəsarətlərinin yüngül olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (APA)
Mənbə:
news24.az