Siyasət

Azərbaycan XİN İndoneziyaya başsağlığı verdi

15 Aug 2026, 21:28 22 baxış Admin
Azərbaycan XİN İndoneziyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi İndoneziyada baş verən və insan tələfatı və xəsarətlərlə nəticələnən güclü zəlzələ ilə bağlı başsağlığı verib.

News24.az xəbər verir ki, XİN-in bununla bağlı paylaşımında İndoneziyada həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, xəsarət alanlara isə tezliklə sağalmaları arzulanıb.

“Bu çətin zamanda düşüncələrimiz İndoneziya xalqı və hökuməti ilədir”, – deyə XİN bildirib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər