Cəmiyyət

Azərbaycanda bu bayram qadağan edilə bilər –

03 Nov 2026, 22:39 2 baxış Admin
Azərbaycanda bu bayram qadağan edilə bilər –

Son illər Azərbaycanda Hellouin (Halloween) bayramı qeyd edənlərin sayının artması cəmiyyətdə müzakirələrə səbəb olur. Bayram çərçivəsində təşkil edilən qorxulu səhnəciklər, maskalar və müxtəlif görüntülər bəzi insanlarda narahatlıq yaradır. Bu isə Hellouinin ölkədə keçirilməsinin nə dərəcədə məqsədəuyğun olduğu və belə tədbirlərin məhdudlaşdırıla biləcəyi məsələsini gündəmə gətirir.
"Bakupost" xəbər verir ki, globalinfo.az-a danışan sosioloq Üzeyir Şəfiyev Hellouin və digər buna bənzər bayramların Azərbaycanda yayılması cəhdlərinin hiss olunduğunu bildirib:
“Bu, təkcə Azərbaycana qarşı yox, bir çox ölkələrə bu bayramları yaymaq istəyirlər. Onların köklərinin digər dini, məsələn, xristian dini ənənələrinə, bir qədər də ondan əvvələ gedib çıxması ilə bağlı fərziyyələr var. Belə bayram və mərasimlərin ölkələrə yayılmasının başqa bir adı da mədəni-mənəvi ekspansiya cəhdləri kimi qiymətləndirilə bilər. Çünki belə bayramlar və mərasimlər vasitəsilə başqa xalqlara öz mədəni-mənəvi dəyərlərini, tərzlərini qəbul etdirmək, subliminal məqsədlər hədəflənir. Hesab edirəm ki, bu bayramların Azərbaycanda keçirilməsi və yayılması arzulanan deyil, məqsədəuyğun deyil. Bizim özümüzün minillik qədim adət-ənənələrimiz, bayramlarımız, mərasimlərimiz var”.
Sosioloq bildirib ki, belə bayramlar Hellouin və digər mərasimlər vasitəsilə bu cəmiyyətlərin sosial xarakterini dəyişdirməyə hədəflənir və bu bayramların həm də subliminal mesajları var:
“Yəni bu xristian ənənələrinin, dəyərlərinin qeyri-xristian ölkələrdə mərasimlər və bayramlar vasitəsilə yayılması sanki bir missioner fəaliyyət istiqaməti kimi də qiymətləndirilə bilər. Çünki bunu, əlbəttə, açıq şəkildə xristianlığın və digər dini dəyərlərin başqa ölkələrdə yayılması missiyası kimi elan etsələr, əlbəttə ki, düzgün qəbul olunmaz. Ona görə də bu bayramları bizim kimi cəmiyyətlərə yansıtmaq üçün sosial freyminqdən istifadə olunur və “Overton pəncərəsi” deyilən bir vasitə ilə sırımağa çalışırlar”.
Ü.Şəfiyev bildirib ki, bu mərasim və bayramların Azərbaycanda təbliği və təşviqi mənəvi-əxlaqi kimliyimizə zərər verə bilər:
“Çünki bunu xüsusi cəlbedici alətlərlə təbliğ edirlər və addım-addım artıq bizim cəmiyyətdə yaymaq istəyirlər. Bu mərasim və bayramdan dolayı işbazlar ortaya çıxacaq: xüsusi geyimlər, aksesuarlar satılacaq. Yəni bu, çox böyük bir industriyaya hədəflənmiş hərəkətdir.
İstər sosial şəbəkələrdə, istərsə də real həyatda bu mərasim və bayramların təbliği və təşviqinə uymamalıyıq, diqqətli olmalıyıq. Öz milli adət-ənənələrimizi, milli-mənəvi kimliyimizi qorumalıyıq. Milli bayramlarımızın daha böyük filantrop dəyərləri var: onları yaymalı, fəlsəfəsini yeniyetmə və gənclərə, cəmiyyətimizə açıqlamalıyıq”.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər