Cəmiyyət

Goranboyda avtomobil dərəyə aşdı: Şəhid anası həlak oldu

03 Nov 2026, 23:07 1 baxış Admin
Goranboyda avtomobil dərəyə aşdı: Şəhid anası həlak oldu

Goranboyda avtomobil dərəyə aşıb, şəhid anası vəfat edib.


"Bakupost" Oxu.Az-a istinadla xəbər verir ki, Goranboy rayonunun Todan kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan 1962-ci il təvəllüdlü Naqilə Həsənəliyeva şəhid anası olub.
Onun oğlu Sirac Qulu oğlu Həsənəliyev 1991-ci ildə Ermənistan silahlı qüvvələrinin Todan kəndində dinc əhalinin yaşadığı ərazini raket atəşinə tutması nəticəsində həlak olub. Həmin vaxt evlərinin qarşısında oynayan Sirac aldığı qəlpə yarasından həyatını itirib. O, cəmi 6 yaşında şəhid olub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər