Bu ərazilərin qaz təchizatında fasilə olacaq
13 Aug 2026, 08:38
32 baxış
Admin
Bakının Bayıl və Badamdar qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə olacaq.
Bu barədə News24.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 13-də saat 10:00-dan işlər yekunlaşanadək paytaxtın Səbail rayonunun Bayıl və Badamdar qəsəbələrinin təbii qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Mənbə:
news24.az