İdman

Salah gəldi, Salih getdi

10 Aug 2026, 16:16 30 baxış Admin
Salah gəldi, Salih getdi

“Trabzonspor” futbolçusu Salih Malkoçoğlu ilə yollarını ayırıb.

News24.az xəbər verir ki, klub oyunuçunun “Əl-Cəzirə” klubuna transfer olunduğunu açıqlayıb.

“Peşəkar futbolçumuz Salih Malkoçoğlunun Əl-Cəzirə klubuna daimi transferi ilə bağlı razılıq əldə olunub”, -deyə açıqlamada bildirilib.

Klubun Türkiyə İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) göndərdiyi açıqlamada isə qeyd olunub ki, transfer üzrə 3 milyon 750 min avro zəmanətli ödəniş və 600 min avro şərti bonus olmaqla, ümumilikdə 4 milyon 350 min avro məbləğində razılaşma əldə edilib.

Razılaşmaya əsasən, futbolçunun gələcəkdə başqa kluba keçidindən əldə olunacaq məbləğin 15 faizi də “Trabzonspor”a ödəniləcək.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər