“Mançester Yunayted” qapıçısını satdı
09 Aug 2026, 00:48
32 baxış
Admin
“Midlsbro” Çexiya millisinin qapıçısı Radek Vitekin transferini rəsmən açıqlayıb.
News24.az xəbər verir ki, 22 yaşlı qolkiper “Mançester Yunayted”dən Çempionşip təmsilçisinə keçib.
Qeyd edək ki, Vitek ötən mövsüm icarə əsasında “Bristol Siti”də çıxış edib. O, bütün turnirlərdə 41 matçda meydana çıxıb, 54 qol buraxıb və 12 oyunda qapısını toxunulmaz saxlayıb. (Unikal)
Mənbə:
news24.az