Cəmiyyət

Poverbankla bağlı xəbərdarlıq: Hansı hallarda təhlükəlidir? —

06 Aug 2026, 20:50 3 baxış Admin
Poverbankla bağlı xəbərdarlıq: Hansı hallarda təhlükəlidir? —

Məşhur stilist Anar Ağakişiyev poverbank partlaması nəticəsində xəsarət aldığını açıqlamışdı.
"Bakupost" xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı videoda hadisə zamanı dodağının, burnunun və saçının yandığını bildirmişdi.
Baku TV-nin məlumatına görə, bu hadisə gündəlik istifadə edilən cihazlardan biri olan poverbankların təhlükəsiz istifadəsi məsələsini yenidən gündəmə gətirib. Texnologiyanın inkişafı ilə bu cihazlara tələbat artsa da, onlar düzgün istifadə edilmədikdə ciddi risk yarada bilər.
Mövzu ilə bağlı sorğu zamanı paytaxt sakinlərinin bir qismi poverbankların partlaya biləcəyini bilsə də, bir çoxu üçün bu təhlükə hələ də təəccüblüdür.
Mütəxəssislərin sözlərinə görə, belə halların əsas səbəblərindən biri keyfiyyətsiz məhsulların alınması və cihazların düzgün istifadə edilməməsidir. Bununla yanaşı, keyfiyyətli poverbanklar belə yanlış istifadə zamanı təhlükəli ola bilər.
Xüsusilə cihazın uzun müddət günəş altında, avtomobildə saxlanılması və ya həddindən artıq şarjda qalması batareyanın şişməsinə və partlamasına səbəb ola bilər.

Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər