Cəmiyyət

"Bakı-Tiflis-Bakı" marşrutu üzrə qatarlar niyə artırılmır?

06 Aug 2026, 19:55 3 baxış Admin
"Bakı-Tiflis-Bakı" marşrutu üzrə qatarlar niyə artırılmır?

"Gürcüstan Bakı-Tiflis-Bakı marşrutu üzrə əlavə qatar reysinin təşkilinə hazır deyil”.


“Bakupost” xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov sosial şəbəkə hesabında paylaşım edib.
“Azərbaycan Dəmir Yolları Bakı-Tiflis-Bakı marşrutu üzrə əlavə reys təşkil edib və bunun üçün qatar da hazırdır. Ancaq Gürcüstan tərəfi bu qatarı qəbul etməyə hazır deyil. Gürcüstan tərəfində bəzi texniki çətinliklər var. Belə ki, qatarların stansiyada manevr və digər hərəkətləri zamanı elektrik təchizatının təmin olunması ilə bağlı problemlər mövcuddur. Bundan başqa, Gürcüstan sərhəd xidməti də əlavə reys üzrə yoxlamaları həyata keçirməyə hələ hazır deyil”.
Ekspert əlavə edib ki, son vaxtlar Gürcüstan tərəfində sərhəd yoxlamaları nəzərdə tutulan vaxtdan daha uzun çəkir:
“Elektrik təchizatı ilə bağlı yaranan problemlər də Bakı-Tiflis-Bakı qatarının gecikməsi ilə nəticələnir. Azərbaycan tərəfi əlavə qatarı artıq hazırlayıb, lakin Gürcüstan tərəfi həmin əlavə reysi qəbul etməyə hazır deyil”.
Qeyd edək ki, Bakı-Tiflis-Bakı sərnişin qatarı pandemiya səbəbindən 2020-ci ilin martında dayandırılmışdı. Altı illik fasilədən sonra marşrut üzrə müntəzəm sərnişin daşımaları 2026-cı il mayın 26-dan yenidən bərpa olunub.
Xatırladaq ki, son günlər Gürcüstanda baş verən genişmiqyaslı elektrik enerjisi problemləri də Bakı-Tbilisi qatarlarının hərəkətinə təsir göstərib.
Analoji problem dəmir yolu hərəkətində gecikmələrə səbəb olmuşdu.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər