Kriminal

Bakı–Qazax yolunda qəza: 61 yaşlı sərnişin öldü

06 Aug 2026, 19:02 2 baxış Admin
Bakı–Qazax yolunda qəza: 61 yaşlı sərnişin öldü

Bakı–Qazax–Gürcüstan dövlət sərhədi avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə avqustun 6-da saat 15 radələrində yolun 147-ci kilometrliyində qeydə alınıb.

Belə ki, “Nissan Qashqai” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə sərnişin qismində olan 1965-ci il təvəllüdlü, Salyan rayonunun Kolanı kənd sakini Aydın Əmrah oğlu Allahyarov ağır xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılsa da, o, aldığı xəsarətlərdən Şirvan Şəhər Mərkəzi Xəstəxanasında vəfat edib.

Faktla bağlı araşdırma aparılır. (Trend)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər