Zaur yeni mövsümdən efirdə olacaq
Yeni televiziya mövsümü ərəfəsində kanalların layihələri və aparıcı heyəti ilə bağlı müzakirələr davam edir.
News24.az SKNDLMAG-a istinadla xəbər verir ki, aparıcı Zaur Baxşəliyev yeni televiziya mövsümündə də ATV telekanalının əsas simalarından biri olaraq efirdə qalacaq.
Belə ki, teleaparıcı tamaşaçıların illərdir maraqla izlədiyi "Tanıdım səni" layihəsi ilə yenidən ekranlara qayıtmağa hazırlaşır.
Qeyd edək ki, "Tanıdım səni" ilk dəfə 2011-ci ildə yayımlanıb. Layihə ümumilikdə 6 mövsüm davam edərək Azərbaycanın ən uğurlu istedad yarışmalarından biri kimi yadda qalıb.
Uzun fasilədən sonra proqramın yenidən efirə qayıtması həm nostalji hissləri oyadır, həm də yeni televiziya mövsümünün ən çox müzakirə olunacaq layihələrindən biri olacağı gözlənilir.