Kriminal

Bir aydır Zeynəbdən xəbər yoxdur

06 Aug 2026, 16:33 2 baxış Admin
Bir aydır Zeynəbdən xəbər yoxdur

Mərdəkanda dənizdə itkin düşən BDU tələbəsi 19 yaşlı Zeynəb Məmmədzadədən bir aydır xəbər yoxdur.

News24.az xəbər verir ki, bu barədə dənizdə itkin düşən tələbənin yaxını Üzeyir Eldar Cəfərov sosial şəbəkə hesabında paylaşım edib.

O xatırladıb ki, iyulun 6-sı Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizin nəzarətsiz hissəsində 4 nəfərin batması ilə bağlı hadisə baş vermişdi:

"Hadisə barədə məlumat daxil olduqdan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub. Keçirilən əməliyyat nəticəsində 1975-ci il təvəllüdlü Rasim Məmmədov və 2016-cı il təvəllüdlü Aylin Məmmədzadə xilas edilmiş, 2005-ci il təvəllüdlü Raul Məmmədovun meyiti isə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Lakin hadisə zamanı itkin düşən Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin III kurs tələbəsi, FL-195 qrupunun əlaçı tələbələrindən olan 2007-ci il təvəllüdlü Zeynəb Məmmədzadənin axtarışları artıq 30 gündür ki, nəticə verməyib”.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər