Vaşinqton Tehranı sevməyə başladı? – Sankisyalar ləğv olunur
06 Aug 2026, 17:30
4 baxış
Admin
ABŞ İranla bağlı sanksiyaları ləğv edib.
"Bakupost" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Ağ Ev iki təyyarəni və SEPAH-la əlaqəli üç təşkilatı sanksiyalardan azad edib.
Görəsən, ABŞ nədən bu sayaq güzəştlərə gedib?
Politoloq Tofiq Abbasov Bakupost.az-a bildirib ki, Amerika İran münasibətləri o dərəcədə gərgindir ki, hər iki tərəf barışmazlıq nümayiş etdirir:
“ABŞ İranda şah rejimi devriləndən sonra yeni hakimiyyətlə münasibət qurmaq üçün bu günə qədər heç bir cəhd göstərməyib. Tehrandakı yeni hakimiyyətlə yalnız sanksiyalar dililə danışmaq isə artıq İran cəmiyyətini qorxudub. İran xalqı başa düşür ki, ortadakı kin-küdurət fonunda hazırda heç bir barışıqdan söhbət gedə bilməz. ABŞ İranın da yumşaq münasibətinin olmasını istəyirsə, ilk növbədə özləri tədbir görməlidirlər”.
Ekspert hesab edir ki, İrana münasibətdə Vaşinqtonun bəzi sanksiyaları ləğv etməsi əslində ABŞ-nin vəziyyətin ağırlıq yükünü öz üzərində hiss etməsinin nətiəcəsidir:
“ABŞ İranla bağlı böhran şəraitinə düşüb. Enerji daşıyıcılarının qiyməti artır. Bazarlarda gərgin vəziyyət yaşanır. Hörmüz keçidində daşımalarda da vəziyyət gərgin olaraq qalır. Bu fonda İranla bağlı bəzi sanksiyaların ləğvi Trampa ona görə lazımdır ki, o ilk növbədə özünü, hakimiyyətini düşünür, iranlıları düşünmür.
ABŞ özü başa düşməlidir ki, dünya dəyişib, xalqların inkişafının qarşısını almaq olmaz. Amerika nüfuzunun çökməsini istəmirsə, hər bir ölkə, o cümlədən, İranla, Azərbaycanla da tərəflərin bir-birini eşidəcəyi, birgə səylərlə vacib məsələlərin hamısının həlinə nail ola biləcək davranış sərgiləməlidir”.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az