Bakıda məsciddə yanğın: Xəsarət alanlar...
05 Aug 2026, 22:17
1 baxış
Admin
Bakıda məsciddə yanğın başlayıb.
“Bakupost” Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Köhnə Günəşli qəsəbəsinin ərazisində yerləşən Mirtağı məscidində qeydə alınıb.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.
***
FHN-dən Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məscidin ərazisində yerləşən tikilidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Xəsarət alan olmayıb.
Məscid yanğından mühafizə olunub.
Mənbə:
bakupost.az