Cəmiyyət

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - FOTO

05 Aug 2026, 21:09 5 baxış Admin
Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - FOTO

"Türkiye Gazetesi"nin jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunmuş məqalədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirləri təhrif olunmuş şəkildə təqdim edilib.
"Bakupost" xəbər verir ki, bu barədə Hikmət Hacıyev X sosial şəbəkə hesabında yazıb.
"Azərbaycanda səfərdə olan Türkiyə media nümayəndələri ilə maraqlı görüşümüz baş tutdu. Amma təəssüflə qeyd edirəm ki, "Türkiye Gazetesi"nin jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunmuş reportajda mənə aid edilən bəzi fikirlər təhrif olunmuş şəkildə təqdim edilib. Həmin məqalədə mənə istinadən verilən bir sıra ifadələr düzgün deyil", - o bildirib.
PA rəsmisi vurğulayıb ki, Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər