Azərbaycanlılar ən çox hansı sosial platformanı seçirlər?
05 Aug 2026, 13:21
2 baxış
Admin
Azərbaycan istifadəçilərinin sosial şəbəkələrdə fəallığına dair yeni statistika açıqlanıb.
"Bakupost" "Global Stats" Statistika Mərkəzinin hesabatına əsasən xəbər verir ki, 2026-cı ilin iyul ayında ölkə üzrə sosial media platformalarının istifadə paylarında dəyişikliklər qeydə alınıb.
“Tik-tok”un kənarda saxlanıldığı hesabatda Azərbaycanda ən yüksək bazar payına "YouTube" sosial şəbəkəsi sahib olub. Platformanın istifadə payı aylıq müqayisədə 36,58 faiz təşkil edib. İkinci sırada "Facebook" qərarlaşıb. Onun Azərbaycanda bazar payı iyul ayında 21,02 faiz bəndi artaraq 28,45 faizə bərabər olub.
Üçüncü yeri "Instagram" tutur. Platformanın payı 12,29 faiz təşkil edib və əvvəlki ayla müqayisədə 5,37 faiz bəndi artım qeydə alınıb.
4-cü və 5-ci yerləri isə müvafiq olaraq 7,97 və 6,92 faizlə “X” sosial şəbəkəsi, "Linkedin" tutub.
İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov “Bakupost”a bildirib ki, siyahıda "YouTube"nin ön sırada qərarlaşması video məzmunlu sosial şəbəkələrin Azərbaycanda daha popuylar olması ilə bağlıdır:
“Hazırda video erasıdır. Yəni video kantent və məzmundan istifadə son illər nəzərə çarpacaq dərəcədə artıb. Bu nöqteyi-nəzərdən video məzmunlu sosial şəbəkələrin ölkəmizdə daha böyük populyarlıq qazanması məntiqlidir. Ona görə də Azərbayanda sosial şəbəkələr arasında ən yüksək bazar payına "YouTube" və “Tik-tok” kimi şəbəkələr malikdirlər”.
Ekspertin sözlərinə görə, “Facebook”un mövqe itirməsi isə gənc nəslin ona maraq göstərməməsinin nəticəsidir:
"Facebook" hazırda ikinci mövqedə qərarlaşsa da, onun istifadə həcmi aşağı düşür. Bu da ondan irəli gəlir ki, "Facebook" artıq öz istifadəçilərini itirməkdədir. Bu sosial şəbəkədən əsasən 30 yaşdan yuxarı insanlar istifadə edir”.
Müsahibimizin fikrincə, gənc nəsil və fəaliyyətini biznes üzərində quran istifadəçilər isə daha çox "Instagram"a meyl edirlər:
“Çünki bu sosial şəbəkədə həm video, həm foto, həm məzmun var. Ona görə də "Instagram"ın populyarlığı artır”.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az