Cəmiyyət

Prezident 2 fərman imzaladı

05 Aug 2026, 13:21 2 baxış Admin
Prezident 2 fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 431-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
"Bakupost" fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-4.1-ci, 388-4.2-ci və 388-4.3.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 388-4.1-ci və 388-4.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
1.3. həmin Məcəllənin 388-4.3.5-ci maddəsində “orqan (qurum)” dedikdə Milli Kibertəhlükəsizlik Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
1.4. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-4.1-ci maddəsinin ikinci cümləsində, 13-4.4-cü, 13-4.10-cu, 13-4.13-cü, 13-4.14-cü, 13-5.5-ci və 13-5.6-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.5. həmin Qanunun 13-5.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti (həmin Qanunun 13-5.6.4-cü maddəsinə münasibətdə) və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (həmin Qanunun 13-5.6.1–13-5.6.3-cü, 13-5.6.5–13-5.6.7-ci maddələrinə münasibətdə) nəzərdə tutulur;
1.6. həmin Qanunun 13-4.1-ci maddəsinin ikinci cümləsində, 13-4.13-cü və 13-5.5-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
1.7. həmin Qanunun 13-4.4-cü maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti birlikdə həyata keçirirlər;
1.8. həmin Qanunun 13-4.10-cu maddəsində “orqan (qurum)” dedikdə Milli Kibertəhlükəsizlik Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
1.9. həmin Qanunun 13-4.14-cü maddəsində “orqanlar (qurumlar)” dedikdə Milli Kibertəhlükəsizlik Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzərdə tutulur;
1.10. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 431-VIIQD nömrəli Qanununun 4.2-ci və 4.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.11. həmin Qanunun 4.2-ci və 4.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 431-VIIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:
3.1. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-4.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısını beş ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 431-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. Azərbaycan Respublikasının Media və Yayım Şurasına tövsiyə edilsin ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 431-VIIQD nömrəli Qanunu qüvvəyə mindikdən sonra “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-4.14-cü maddəsinə uyğun olaraq, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarından həmin Qanunun tələblərinə uyğun istifadənin, belə istifadə zamanı uşaqların hüquqlarının müdafiəsinin və zərərli məzmunlardan qorunmasının təmin edilməsi ilə bağlı mütəmadi maarifləndirmə tədbirlərini həyata keçirsin.
5. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 390 (Cild I); 2024, № 7, maddə 808) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2.1-ci bəndə “abzaslarında” sözündən sonra “, 13-4.1-ci maddəsinin ikinci cümləsində, 13-4.4-cü, 13-4.10-cu, 13-4.13-cü, 13-4.14-cü, 13-5.5-ci, 13-5.6-cı maddələrində” sözləri əlavə edilsin;
5.2. aşağıdakı məzmunda 2.1-3-cü bənd əlavə edilsin:
“2.1-3. həmin Qanunun 13-5.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti (həmin Qanunun 13-5.6.4-cü maddəsinə münasibətdə) və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (həmin Qanunun 13-5.6.1–13-5.6.3-cü, 13-5.6.5–13-5.6.7-ci maddələrinə münasibətdə) nəzərdə tutulur;”;
5.3. aşağıdakı məzmunda 2.3-1–2.3-3-cü bəndlər əlavə edilsin:
“2.3-1. həmin Qanunun 13-4.4-cü maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti birlikdə həyata keçirirlər;
2.3-2. həmin Qanunun 13-4.10-cu maddəsində “orqan (qurum)” dedikdə Milli Kibertəhlükəsizlik Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
2.3-3. həmin Qanunun 13-4.14-cü maddəsində “orqan (qurum)” dedikdə Milli Kibertəhlükəsizlik Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzərdə tutulur;”;
5.4. 2.4-cü bəndə “Qanunun” sözündən sonra “13-4.1-ci maddəsinin ikinci cümləsində, 13-4.13-cü, 13-5.5-ci maddələrində,” sözləri əlavə edilsin.
6. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; 2025, № 2, maddə 127, № 3, maddə 231, № 4 (I kitab), maddələr 325, 338, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 7, maddə 649, № 8, maddələr 746, 754, № 9, maddə 820, № 11, maddə 1018; 2026, № 1, maddələr 36, 41, № 2, maddələr 117, 123, № 3, maddələr 221, 223, 226, № 4, maddə 306; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 may tarixli 660 nömrəli, 7 iyul tarixli 715 nömrəli və 15 iyul tarixli 722 nömrəli fərmanları) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
6.1. 4.1-ci bəndə “393-1.4,” rəqəmlərindən əvvəl “388-4.1, 388-4.2, 388-4.3.5,” rəqəmləri əlavə edilsin;
6.2. aşağıdakı məzmunda 4.29-2-ci və 4.29-3-cü bəndlər əlavə edilsin:
“4.29-2. həmin Məcəllənin 388-4.1-ci və 388-4.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
4.29-3. həmin Məcəllənin 388-4.3.5-ci maddəsində “orqan (qurum)” dedikdə Milli Kibertəhlükəsizlik Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;”.
7. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; 2025, № 2, maddə 127, № 3, maddə 232, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 8, maddələr 756, 763, № 9, maddə 820, № 10, maddə 898, № 11, maddələr 1018, 1036; 2026, № 1, maddə 36, № 2, maddə 123, № 3, maddə 226, № 4, maddə 307; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 may tarixli 660 nömrəli, 2 iyun tarixli 676 nömrəli, 19 iyun tarixli 686 nömrəli və 15 iyul tarixli 722 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
7.1. 26-cı hissədə “və 370-2-ci” sözləri “, 370-2 və 388-4-cü (bu Fərmanın 31-13-cü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
7.2. aşağıdakı məzmunda 31-13-cü hissə əlavə edilsin:
“31-13. Məcəllənin 388-4.3.4-cü və 388-4.3.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Milli Kibertəhlükəsizlik Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından – bu Siyahının 31-5.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.”.
8. Bu Fərmanın 1-ci və 5–7-ci hissələri “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 431-VIIQD nömrəli Qanunu ilə eyni gündə qüvvəyə minir.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” 2007-ci il 6 iyun tarixli 586 nömrəli və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 599 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; 2025, № 1, maddə 26, № 4 (I kitab), maddə 333, № 12 (I kitab), maddə 1136) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 6.5-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“6.5. Dövlət mülkiyyətində olan və vahidinin (dəstinin) ilkin dəyəri 5000 (beş min) manatdan yuxarı olan əsas vəsaitlərin ayrı-ayrı dövlət orqanları və dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi (əsas vəsaitlərin eyni dövlət qurumunun tabeliyindəki dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi halı istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar, o cümlədən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinə uyğun olaraq birinci instansiya məhkəmələrinin maliyyə və digər maddi-texniki təminatı ilə bağlı məsələləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin həll etdiyi hallar istisna olmaqla, Dövlət Xidmətinin rəyi alındıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunan qərarlar əsasında həyata keçirilir. Dövlət mülkiyyətində olan və vahidinin (dəstinin) ilkin dəyəri 5000 (beş min) manat və ondan aşağı olan əsas vəsaitlərin ayrı-ayrı dövlət orqanları və dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi Dövlət Xidmətinin yazılı razılığı alındıqdan sonra həmin dövlət orqanlarının və dövlət mülkiyyətində olan hüquqi şəxslərin qərarları əsasında həyata keçirilir.
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinə uyğun olaraq birinci instansiya məhkəmələrinin maliyyə və digər maddi-texniki təminatı məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən birinci instansiya məhkəmələrinə əsas vəsaitlərin verilməsi Dövlət Proqramının 6.9-cu bəndi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”.
2. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 542 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 665, № 7, maddə 806, № 8, maddə 938; 2025, № 2, maddə 119, № 3, maddə 225, № 4 (I kitab), maddə 333) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.33-cü yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“3.0.33. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlət orqanlarına, tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq, dövlət mülkiyyətində olan hüquqi şəxslərə məxsus əsas vəsaitlərin normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada balansdan balansa verilməsinə razılıq (rəy) vermək və silinməsinə dair rəy vermək;”.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər