Xocavənd rayonuna daha 27 ailə yola salındı
05 Aug 2026, 12:33
3 baxış
Admin
Xocavənd rayonuna ümumilikdə 107 nəfərdən ibarət daha 27 ailə yola salınıb.
News24.az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 20 (81 nəfər), Qırmızı Bazar qəsəbəsinə 2 (9 nəfər), Xocavənd kəndinə isə 5 ailənin (17 nəfər) qayıdışı təmin edilib.
Qeyd edək ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Mənbə:
news24.az