Boksçularımız Qazaxıstanda beynəlxalq turnirə qatılacaqlar
05 Aug 2026, 11:36
2 baxış
Admin
Azərbaycan boksçuları Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda məktəblilər (U-15) arasında keçiriləcək beynəlxalq turnirə qatılacaqlar.
Bu barədə News24.az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Məşqçi Etibar Abdullayevin rəhbərliyi altında Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) rinqə çıxacaqlar.
Sabah başlayacaq yarış 4 gün davam edəcək.
Mənbə:
news24.az