Cəmiyyət

Nazir müavinindən Bakı Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

04 Aug 2026, 18:05 1 baxış Admin
Nazir müavinindən Bakı Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

"Bakı Qızlar Universitetində təhsil alan tələbələrin köçürülməsi ilə bağlı proses davam edir".


"Bakupost" "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.
O, bu prosesin gedişində hər hansı məsələləri şərh etməyin o qədər də səmərəli olmadığını bildirib:
"Biz gözləməliyik ki, proses yekunlaşsın. İlk növbədə, tələbələrin təhsillərini davam etdirməsi üçün görülən işlər tamamlanmalıdır. Orada çalışan pedaqoji heyətin fəaliyyəti davam etdirib-etdirməməsi ilə bağlı da nazirliyin müvafiq məlumatı olacaq”.
Nazir müavini bildirib ki, tələbələrin hamısının bir universitetə köçürülməsi mümkün olmayacaq:
“Hər bir tələbənin hansı universitetə köçürüləcəyini isə bu mərhələdə açıqlamaq çox çətindir”.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər