Cəmiyyət

Anar Ağakişiyevin çantasında powerbank partladı

04 Aug 2026, 17:40 2 baxış Admin
Anar Ağakişiyevin çantasında powerbank partladı

Tanınmış stilist Anar Ağakişiyev Çinin Quançjou şəhərində bədbəxt hadisə ilə üzləşib.
"Bakupost" xəbər verir ki, stilist bu barədə sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, çantasında olan powerbank qəfil partlayıb. Hadisə nəticəsində Anar Ağakişiyevin dodağı, burnu və saçları yanıb.
Stilist hadisənin pasport nəzarəti zamanı baş verdiyini və alovun üzünə qədər çatdığını söyləyib.
O, hazırda həkimə getdiklərini bildirib və izləyicilərinə powerbankları uşaqlardan uzaq saxlamağı tövsiyə edib.
Anar Ağakişiyev hadisədən sonra çantasının vəziyyətini də nümayiş etdirib. Görüntülərdə powerbankın partlaması nəticəsində çantanın zədələndiyi görünür.

Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər