Cəmiyyət

İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirilib

25 Jul 2026, 13:30 16 baxış Admin
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı ilə bağlı sakinlərlə növbəti görüşlər keçirib.


Zəngilan şəhəri, Laçın rayonu, eləcə də Cəbrayıl rayonunun Şükürbəyli və Ağdam rayonunun Xıdırlı kəndlərində məskunlaşan ümumilikdə 39 sakinlə keçirilmiş görüşlərdə vətəndaşların məşğulluqla bağlı müraciətləri dinlənib.
Həyata keçirilən aktiv məşğulluq tədbirləri, o cümlədən, işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları barədə ətraflı məlumat verilib, bu tədbirlərə cəlb edilmələri üçün onların ilkin qeydiyyatı aparılıb.

Content Image
Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər