Əsrin ən çox ölüm qeydə alınan günü
23 Jul 2026, 18:19
18 baxış
Admin
Belçikada iyunun sonunda müşahidə olunan güclü isti hava dalğası nəticəsində 27 iyun əsrin ikinci ən çox ölüm qeydə alınan günü olub.
News24.az xəbər verir ki, rəsmi məlumata görə, həmin gün ölkədə 651 nəfər vəfat edib. Bundan yüksək göstərici COVID-19 pandemiyasının ən ağır dövründə 675 ölüm hadisəsi baş verdiyi gün qeydə alınmışdı.
Mütəxəssislər bildirirlər ki, isti hava dalğası son 30 ilin ən ölümcül hadisəsi olub və təxmin ediləndən 2 min çox ölüm halı qeydə alınıb.
Mənbə:
news24.az