Nazir müavininin oğluna 1,8 milyonluq tender verildi
21 Sep 2026, 23:33
1 baxış
Admin
“Azərenerji” ASC mövcud 1C proqram təminatının yenilənməsi xidmətlərinin satınalınması ilə bağlı müqavilə imzalayıb.
"Bakupost" Ölkə.az-a istinadla xəbər verir ki, tender müqaviləsi “ATL Tech” MMC ilə bağlanıb.Dövlət şirkəti xidmətlərlə bağlı MMC-yə 1 mln 792 min 594 manat ödəniş edilməsi ilə bağlı razılığa gəlib.
Qeyd edək ki, “Atl Tech” MMC-nin qanuni təmsilçisi Rəşad Mirzəyevdir. O, fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Rəfail Mirzəyevin oğludur.
Mənbə:
bakupost.az