Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular - FOTO
22 Sep 2026, 00:38
2 baxış
Admin
Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin dueti birmənalı qarşılanmayıb.
"Bakupost" Axşam.az-a istinadla xəbər verir ki, bir çoxları dueti tənqid ediblər.
Sosial şəbəkədə xanəndə ilə ifaçının duetini müzakirə edənlərə şərh yazanlar arasında Xalq artisti Röya Ayxan və Əməkdar artist Lalə Məmmədova da yer alıb. Onlar ifanı ələ salıblar.
Röya şərhdə “Cadu” sözünü yazıb və gülmək emojisi qoyub.
L.Məmmədova da paylaşıma gülmək emojisi qoyaraq, reaksiyasını belə bildirib.
Mənbə:
bakupost.az