Kadırovun seçki nəticəsi dünya tarixinə düşdü -
21 Sep 2026, 22:16
3 baxış
Admin
Çeçenistanın rəhbəri Ramzan Kadırov keçirilən seçkidə 99,85 faiz səslə qalib gəlib.
"Bakupost" Modern.az-a istinadla xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bütün protokolların emalından sonra Kadırov seçicilərin 99,85 faizinin dəstəyini qazanıb. Onun iki rəqibi – “Ədalətli Rusiya” partiyasından İsmail Denilxanov və Rusiya Kommunist Partiyasından Xalid Nakaev isə hərəyə 0,05 faiz səs toplayıb.
Beləliklə, Kadırov birbaşa seçkilərdə özünün əvvəlki nəticəsini də yaxşılaşdırıb. O, 2016-cı ildə 97,94 faiz, 2021-ci ildə isə 99,7 faiz səs toplamışdı. 2026-cı il seçkisindəki 99,85 faizlik nəticə onun şəxsi rekordudur.
Kadırov 2007-ci ildən Çeçenistan rəhbəridir. Bu, onun region rəhbəri kimi üçüncü birbaşa seçkisidir.
Maraqlıdır ki, Ramzan Kadırov 98,85 faiz səslə dünya tarixində ən çox seçici səsi toplayan region rəhbəri adını qazanıb.
Mənbə:
bakupost.az