Rubio: İranın mövqeyi tezliklə dəyişə bilər
23 Jul 2026, 13:12
21 baxış
Admin
"ABŞ hesab edir ki, İran hələlik razılaşma bağlamağa hazır deyil, lakin bu vəziyyət tezliklə dəyişə bilər".
News24.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Manilada keçirilən mətbuat konfransında bildirib .
Onun sözlərinə görə, problem ondadır ki, İran tərəfi hər dəfə razılaşmaya gələndə ya onu pozur, ya da dəyişdirməyə çalışır. ABŞ dövlət katibi etiraf edib ki, Tehran tezliklə mövqeyini dəyişə bilər.
Mənbə:
news24.az