İsrail Livanı intensiv şəkildə vurdu
23 Jul 2026, 11:32
21 baxış
Admin
İsrail ordusu Livanın cənubundakı Nəbatiyyə vilayətində yerləşən və “Hizbullah”ın dayaq məntəqələrindən biri hesab olunan Əli ət-Tahir dağlıq ərazisini intensiv artilleriya atəşinə tutub.
"Bakupost" xəbər verir ki, bu barədə “Al-Markaziya” məlumat yayıb.
Yeraltı sığınacaqların və tunellərin yerləşdiyi yüksəkliklərdə güclü partlayışlar baş verib.
Nəbatiyyə əl-Fauka şəhərinin yaşayış məhəllələri də atəşə məruz qalıb. Nəticədə bir neçə bina dağılıb.
Zərbələrin endirildiyi ərazilərdən səmaya qalın tüstü sütunları qalxıb.
Mənbə:
bakupost.az