Rektor həbs edildi
21 Jul 2026, 21:54
19 baxış
Admin
Maxambet Utemisov adına Qərbi Qazaxıstan Dövlət Universitetinin rektoru Nurlan Serqaliyev saxlanılıb.
"Bakupost" Modern.az-a istinadla xəbər verir ki, Elm və Ali Təhsil Nazirliyi saxlanılma faktını təsdiqləyib.
Nazirlik səbəbləri və detalları hələlik açıqlanmayıb.
Serqaliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək saxlanılıb. Həmçinin onun ofisində və evində axtarış aparıldığı bildirilib.
Həbs Milli Təhlükəsizlik Xidməti Departamentinin Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin mütəxəssisləri tərəfindən həyata keçirilib.
Mənbə:
bakupost.az