Britaniyalı baş nazir ilk dəfə Trampa zəng etdi
20 Jul 2026, 20:18
19 baxış
Admin
Böyük Britaniyanın yeni təyin olunmuş Baş naziri Endi Börnem bu vəzifədə ilk beynəlxalq telefon danışığını ABŞ Prezidenti Donald Trampla aparıb.
“Bakupost” xəbər verir ki, bu barədə məlumatı rəsmi mənbələrə istinadən “Sky News” yayıb.
Qısa müddətli danışıq bu gün, Börnemin rəsmən vəzifəsinin icrasına başlamasından qısa müddət sonra baş tutub.
Söhbətin təfərrüatları açıqlanmayıb.
Bildirilir ki, belə bir telefon danışığı yeni Britaniya baş naziri üçün ənənəvi ilk addım sayılır və iki ölkə arasındakı xüsusi münasibətlərin əhəmiyyətini nümayiş etdirir.
Mənbə:
bakupost.az