Dünya

Putindən yeni qərar: 25 il müəllim işləyənə “Əmək veteranı” adı veriləcək

20 Jul 2026, 17:25 18 baxış Admin
Putindən yeni qərar: 25 il müəllim işləyənə “Əmək veteranı” adı veriləcək

Rusiyada ən azı 25 illik əmək stajına malik müəllimlərə "Əmək Veteranı" adı veriləcək.
"Bakupost" yerli mətbuata istinadən xəbər verir ki, bununla bağlı prezident Vladimir Putin fərman imzalayıb.
Putin bu fərmanla Rusiyada müəllimlik peşəsinin xüsusi statusa və sosial əhəmiyyətə malik olduğunu təsdiqləyib.
Ona əsasən müəllimlər xüsusi dəstək tədbirlərinə də sahib olacaqlar. Bu dəstək tədbirlərinə isə sosial təminatlar, əlavə ödənişlər, hüquqi müdafiə mexanizmləri və s. daxil ola bilər.
Rüfət Sultan,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər