Hörmüz boğazında gərginlik pik həddə: İki neft tankeri partladı
20 Jul 2026, 15:16
15 baxış
Admin
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazından keçməyə çalışan iki neft tankerinin partladığını açıqlayıb.
“Bakupost” xəbər verir ki, açıqlamada tankerlərin ABŞ-nin təzyiqi ilə təhlükəsiz hesab edilməyən marşrutdan hərəkət etdiyi bildirilib. Partlayışın səbəbi barədə isə məlumat verilməyib.
İran tərəfi ölkənin müəyyən etdiyi marşrutlardan kənar hərəkət edən gəmilər üçün təhlükəsizliyə zəmanət verilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, İran daha əvvəl xarici müdaxilə nəticəsində yaranan təhlükəsizlik vəziyyətini əsas gətirərək Hörmüz boğazını bağladığını açıqlamışdı.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az