Dünya

“Messiyə qarşı mərc etmək çox çətindir” - Tramp

19 Jul 2026, 22:49 28 baxış Admin
“Messiyə qarşı mərc etmək çox çətindir” - Tramp

ABŞ Prezidenti Donald Tramp DÇ-2026-nın İspaniya və Argentina milliləri arasında keçiriləcək final matçı ilə bağlı proqnozunu açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə “Fox Sports” telekanalı yayıb.

Messinin oyununu xüsusi vurğulayan Tramp Argentinanın çempionluq şansını daha yüksək qiymətləndirib:

“Finala proqnozum? Messiyə qarşı mərc etmək çox çətindir. O, möhtəşəm oyunçudur. Onun yarımfinalda həlledici ötürməsini gördüm... Sadəcə mükəmməl idi”.

Qeyd edək ki, İspaniya - Argentina qarşılaşması bu gün ABŞ-nin İst-Raterford şəhərindəki “Metlayf” stadionunda baş tutacaq. Cari dünya çempionu titulunu daşıyan Argentina kubokunu qorumağa çalışacaq./Qafqazinfo/


Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər