Rusiyaya məxsus helikopter qəzaya uğradı: ölənlər var
18 Jul 2026, 22:59
18 baxış
Admin
Rusiyanın Krasnodar diyarında Mi-2 helikopteri qəzaya uğrayıb.
"Bakupost" xəbər verir ki, bu barədə Rusiya FHN-in region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, tarlaların dərmanlanması həyata keçirilərkən kənd təsərrüfatı təyinatlı Mi-2 helikopteri yerə düşüb. Hadisə nəticəsində iki pilot həlak olub.
Qəzanın hansı səbəbdən baş verməsi araşdırılır.
Mənbə:
bakupost.az