Dünya

Rusiyada helikopter qəzaya uğradı, pilot öldü

18 Jul 2026, 23:16 22 baxış Admin
Rusiyada helikopter qəzaya uğradı, pilot öldü

Rusiyanın Krasnodar diyarında kənd təsərrüfatı təyinatlı "Mi-2" helikopteri Kalininskaya stansiyasından 2 km aralıda qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya FHN-in region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Kalininskaya stansiyasından 2 km aralıda tarlaların dərmanlanması həyata keçirilərkən kənd təsərrüfatı təyinatlı "Mi-2" helikopteri yerə düşüb. Hadisə nəticəsində 20 kv. m sahədə yanğın baş verib. Yanğın operativ şəkildə söndürülüb. Qəza nəticəsində hava gəmisinin pilotu həlak olub", - məlumatda bildirilib.

Faktla bağlı cinayət işi açılıb. Hadisənin təfərrüatları araşdırılır. (Report)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər