Konqoda Eboladan ölənlərin sayı 864-ə çatdı
18 Jul 2026, 20:02
21 baxış
Admin
Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 864 nəfərə çatıb.
News24.az xəbər verir ki, Konqo Demokratik Respublikasında Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı isə 2200-ə yüksəlib.
Qeyd edək ki, budəfəki Ebola epidemiyası bu il mayın 15-də Konqo Demokratik Respublikasının şərqində və Uqandada başlayıb. Epidemiyanın episentri isə Konqonun İturi əyalətidir. (APA)
Mənbə:
news24.az